Bizim haqqımızda

Biola geniş çeşiddə təbii bitki yağları və bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan Azərbaycan brendidir.

Dünya təcrübəsində bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi və müalicə üsulları qədim zamanlardan bu günə qədər geniş yayılmışdır. Bu bitki və meyvələrdən əldə edilən bitki yağları möcüzəvi təsirinə görə xalq təbabətində min bir dərdin dərmanı sayılır. Bitki yağlarından əsasən qida, fitoterapiya, kosmetika, parfümeriya və digər sahələrdə istifadə olunur.

Dünya təcrübəsində bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi və müalicə üsulları qədim zamanlardan bu günə qədər geniş yayılmışdır. Bu bitki və meyvələrdən əldə edilən bitki yağları isə möcüzəvi təsirinə görə xalq təbabətində min bir dərdin dərmanı hesab edilir. Bitki yağları əsasən qida, fitoterapiya, kosmetika, parfümeriya və digər sahələrdə istifadə olunur. 

“Biola” geniş çeşiddə təbii bitki yağları və bitki mənşəli məhsulların istehsalı ilə məşğul olan Azərbaycan brendidir. “Biola” MMC 2011 – ci ildən fəaliyyətə başlayıb. Müəssisənin əsas profili bitkilərin, bitki mənşəli məhsulların istehsalı, qablaşdırılması, bitki və toxumlardan, çiçəklərdən yağ əldə olunması və onların faydalı xüsusiyyətlərini insanların sağlamlığına və sağlam həyat tərzinə yönəltməkdir.

Təmizlənmiş yağ və piylərin istehsalı üzrə ixtisaslaşmış “Biola” əmtəə nişanlı təbii və kosmetik bitki yağlarının texniki şərtlərinin layihəsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi və Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılıb və sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinə uyğunluğu təsdiqlənib. Həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutunda qeydiyyata alınmış və qlobal unikal identifikasiya şəhadətnaməsi verilmişdir. Milli sertifikasiya sistemində uyğunluq sertifikatı almışdır. İstehsalatda  ISO standartlarından istifadə edilir.

İstehlakçılar “Biola” məhsullarından razı qaldıqları və həmin məhsullara tələbat artdığı üçün MMC fəaliyyətini daha da genişləndirməkdə maraqlıdır. Şirkət artıq həmin bitki, toxum və bir çox xammalların topdan satışını da həyata keçirir. Hədəf yaxın gələcəkdə “Biola” markasını dünya brendinə çevirməkdir.

Hazırki urbanizasiya, əhalinin əyalətlərdən şəhərlərə axını gerçəkliyində “Biola” təbiətin gücünü evinizə, məişətinizə, bədəninizə gətirir.

Şirkətin kadr siyasəti də təqdirəlayiqdir. Şirkətin tərəqqisinə kömək etmək üçün öz bilik və bacarıqlarını təklif etmək istəyən yeni əməkdaşlara müəssisənin qapıları həmişə açıqdır.