Adaçayı Yağının Faydaları

Ana səhifə/Xəbərlər

Adaçayı Yağının Faydaları

23 Sentyabr 2018

Adaçayı yağı və adaçayı bitkisinin qoxusu stressi, gərginliyi və yorğunluğu aradan qaldırmaq üçün ən əsas vasitələrdən biridir. Koreyada Nambu Universitetinin tələbələri tərəfindən aparılan elmi testlərin nəticəsi göstərir ki, Bibəriyə, Adaçayı və Lavanda yağının qarışımından alınan aroma baş ağrılarını azaldır, sinirləri sakitləşdirir və stressə qarşı müqaviməti artırır. Adaçayının tərkibindəki, şirin və çiçək ətirli olan Ester dəri iltihablarının müalicəsində, qızarma, qaşınma kimi narahatlıqların qarşısını almaq üçün istifadə edilir. Adaçayı yağı quru saç dərisini yumşaldır və saçda kəpək yaranmasının qarşısını alır. Adaçayı yağının tərkibinə eyni miqdarda, Şirin Badam Yağı əlavə edilib, dəridəki yağlanmanı azaltmaq üçün xaricdən masaj edilərək tətbiq edilir.  

Paylaş