Aloe vera Yağının Faydaları

Ana səhifə/Bitkilər

Aloe vera Yağının Faydaları

Aloe vera Yağı Afrikada təbii olaraq yetişən aloevera bitkisinin təzə yarpaqlarından buxar-distillə üsulu ilə əldə edilir. Tərkibində zülal, yağ, minerallar, vitaminlər, fermentlər və digər bioloji fəal maddələr olan Aloe vera Yağı qan dövranıni təmizləyib sürətləndirici, hüceyrələrin regenerasiyası və yaraların sağalması, quru dərilərdə yumşaldıcı və qidalandırıcı təsirə malikdir. Sızanaq və qara nöqtələrin müalicəsində istifadə edilir. Aloe vera Yağı yanıqların müalicəsində istifadə edilə biləcək təbii vasitələrdən ən mükəmməlidir. Tərkibində A, C, E və B vitaminləri, Selenium, Dəmir, Manqan, Maqnezium, Kalsium, sink, mis, fosfor, kalium kimi minerallar olan Aloe vera qida dəyəri yüksək bir bitkidir. Bədəni qüvvətləndirər, Öd qovucudur, Həzm sistemini işlədər və həzmi asanlaşdırar. Dəri baxımında da, istifadə edilən Aloe vera Yağı, köhnəlmiş dəriləri nəmləndirir və yeniləyir. Xaricdən masaj və ya kompres edilir.

Paylaş