Saç Tökülməsinə Qarşı Təbii Maska
Tərkibi:
- 1 xörək qaşığı gənəgərçək yağı
- 1 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı qara zira yağı
- 1 ədəd yumurta sarısı
Hazırlanması:
Bütün inqrediyentləri bir qaba əlavə et və yaxşıca qarışdır.
İstifadə Qaydası:
- Maska saç diblərinə çəkilir, barmaq ucları ilə masaj edilir.
- 30–45 dəqiqə başda saxlanılır.
- Sonra isti su və şampunla yuyulur.
- Həftədə 1–2 dəfə istifadə etmək tövsiyə olunur.
Faydalar:
✅ Saç tökülməsinin qarşısını alır
✅ Saç diblərini qidalandırır
✅ Saç köklərini gücləndirir
✅ Saçlara parlaqlıq verir