Buğda yağı
Description:
Buğda dedikdə, ağlımıza ilk olaraq süfrəmizin əvəzsiz neməti çörək gəlir. Buğda yağı zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir. E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir. B qrupu vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox vacib sayılır. Buğda yağı ilə selülitli bölgələrə masaj edilərək selülitlərin aradan qaldırılması təmin edilir. Yanıqların müalicəsində istifadə olunmaqla yanaşı, yaraların sürətlə sağalmasını təmin edir və bir çox dəri problemlərinə müsbət təsir göstərir. Buğda yağı quru, normal, cansız, çətin daranan və boyalı saçlar üçün faydalıdır. Nəmləndirici vasitəsi kimi günəş yanığı və doğuş nəticəsində dəridə əmələ gələn ləkələri aradan qaldırır.
Price: