
Ərik Çəyirdəyi Yağı
Təsvir:
Ərik çəyirdəyi yağı A, C, D, E, K vitaminləri və doymamış yağ turşuları ilə çox zəngin olub müalicəvi xüsusiyyətlərə malikdir. Tərkibindəki bol C vitamini sayəsində dərinin elastikliyini və möhkəmliyini artırır, sızanaq və qara nöqtələri təmizləyir, dərini yumşaldır, nəmləndirir və günəş şüalarına məruz qalmış dərini təbii parlaqlığına qovuşdurur. A və E vitamini ehtiva edən ərik çəyirdəyi yağı iltihab önləyici olmaqla dermatit və ekzema kimi qaşındıran dəri xəstəliklərinin müalicəsində faydalıdır. Həddindən artıq həssas və allergik dəri üçün sakitləşdirici və qidalandırıcı təsir göstərir. Ərik çəyirdəyi yağı incə xətt və qırışların meydana gəlməsini yubandırır və dərini cavanlaşdırır.