
Gicitkən Toxumu Yağı
Təsvir:
Gicitkən toxumu yağı immunitet sisteminə gücləndirici təsir edir, qanyaradıcı xüsusiyyətə malik olduğundan, qanı təmizləyir, qırmızı qan hüceyrələrini təzələyir. Böyrəkdə qum və daşların tökülməsinə kömək edir, cinsi gücü artırır, revmatizm ağrıları, soyuqdəymə, qrip, astma və bronxit xəstəliklərinə qarşı faydalıdır. Qadınlarda menstruasiya dövriyyəsini normaya salır, ağrılarını yüngülləşdirir və cinsiyyət nahiyəsində iltihab proseslərini zəiflədir. Ekzema və dəri xəstəliklərinin aradan qaldırılması üçün də istifadə edilir. Gicitkən toxumu yağı saç köklərini bəsləyir və qüvvətləndirir, saçda kəpəyin əmələ gəlməsinin qarşısını alır və nəticədə saçların sağlam, parlaq və gözəl görünməsinə səbəb olur.