
Kəklikotu Yağı
Təsvir:
Kəklikotu yağının immunitet sistemini gücləndirici, antiseptik, mikrobları təmizləyici, yaranı yaxşılaşdırıcı və qoruyucu xüsusiyyətləri vardır. Kəklikotu yağı güclü sidik qovucu xüsusiyyəti ilə orqanizmdən suyu çıxarır, metabolizm prosesini sürətləndirərək bədəndəki yağların əriməsini təmin edir. Arıqlamaq üçün çox güclü təbii vasitədir. Böyrək daşı və qumlarının salınmasına kömək edir, mədə, bağırsaqdakı mikrobları məhv edir, spazmanı aradan qaldırır, həzmi yaxşılaşdırır və iştahı artırır. Dəridəki yaralara və böcək sancan nahiyəyə sürtülərsə müalicəvi təsir göstərir. Bəlğəmgətiricidir, öskürəyə, sinə və boğaz ağrılarına, qrip, astma və bronxit xəstəliklərinə faydalıdır. Revmatizm ağrılarını yüngülləşdirir, qan dövranı və qanda şəkərin səviyyəsini tənzimləyir. Əsəbi ürək döyüntüsünü kəsir, stres və yuxusuzluq zamanı müsbət təsir göstərir.