
Kakao Yağı
Təsvir:
Kakao yağı dərini qidalandırır və nəmləndirir. Doğuşdan əvvəli və sonra əmələ gəlmiş çatların aradan qaldırılmasında və qırışların açılmasında istifadə edilir. Dəridəki qaşınmanı aradan qaldırır və yaraların tez sağalmasına kömək edir. Kakao yağı dərini nəm saxlayır və bronzlaşdırıcı yağ kimi istifadə olunur. Tərkibində E vitamininin bol olması dəri və saçları bəsləyir, saç tökülməsinin qarşısını alır.