
Mixək Yağı
Təsvir:
Mixək yağı antiseptikdir, mikrobları öldürür, ağız və mədə qoxusunu aradan qaldırır. Diş ağrılarına, diş əti çəkilməsinə və diş əti iltihablarına qarşı faydalıdır. O, cinsi istəyi və gücü artırır. Onda Afrodizyak (cinsi istəyi artıran) xüsusiyyəti vardır. Bəlğəmgətiricidir, öskürəyə, sinə və boğaz ağrılarına faydalıdır. Qusma hissini qabaqlayır və mədə bulanmasının müalicəsində istifadə olunur. Mixək yağı hamilə qalmağı asanlaşdırır və doğuşun rahat keçməsinə kömək edir. Bədəni tərlədir və qızdırmanı aşağı salır. Əsəbləri sakitləşdirir, əhval-ruhiyyəni qaldırır və zehni yorğunluq zamanı müsbət təsir göstərir. Həzmi asanlaşdırır, iştahı açır və bağırsaqdakı qazları çıxarır. Ziyil, çivzə, qırışlar, dəri yorğunluğu, dəri quruluğu və dəridə məsamə kimi dəri problemlərinin müalicəsində istifadə edilir.