Saf zeytun yağı
Description:
Araşdırmalar göstərir ki, hər səhər acqarına bir yemək qaşığı ilə zeytun yağı içilərsə, orqanizm heç bir xəstəliyə düçar olmur, bədən sağlam və gümrah olur. Müntəzəm surətdə istifadə olunduqda ürək-damar xəstəliklərində, xroniki xəstəliklərin müalicəsində, immunitet sisteminin güclənməsində faydalıdır. Təbii antioksidant olan zeytun yağı şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir. Yüksək təzyiqi və qanda şəkərin miqdarını aşağı salmağa kömək edir. Zeytun yağının tərkibindəki E, A, D və K vitaminləri uşaqların və yeniyetmələrin sümüyünün inkişafına müsbət təsir göstərir. E vitamini ilə zəngin olduğuna görə saç köklərini daxildən qidalandıraraq, tökülmənin qarşısını alır, dərini təravətli saxlayır və vaxtsız qırışların yaranmasına mane olur.
Price: