Cirə (anason) yağı

Product types: ,

Description:

Cirə toxumlarından əldə edilən, uçucu yağlar qrupuna aid olan cirə yağı öz xoş qoxusu ilə sinir sistemini rahatlaşdıran təsirə malikdir. Cirə toxumlarının tərkibindəki ətirli anetol maddəsi antimikrob xüsusiyyətləri sayəsində zərərli bakteriya və göbələkləri məhv edir, virusların çoxalmasının qarşısını alır. Cirə yağı quru öskürəyi müalicə etmək üçün istifadə edilir. Bunun üçün bir qabda qaynayan suyun içərisinə bir neçə damcı cirə yağı əlavə edilərək buxarı ilə inhalyasiya edilir. Bu üsulun soyuqdəymə, qripin qarşısının alınması və müalicəsində faydalıdır. Saçın bitdən təmizlənməsində həm bitləri, həm də yumurtaları məhv etmək və onlaın təkrar qayıtmasının qarşısını almaq üçün istifadə edilən ən effektiv təbii üsullardan biridir. Bunun üçün eyni miqdarda cirə yağı ilə badam yağı qarışdırılır. Alınan qarışıq saçlara və saç diblərinə çəkilir. 5-10 dəqiqə gözlədikdən sonra saçların bitki mənşəli şampunla yuyulması tövsiyə olunur. Bu prosedur bitlərdən tam azad olana qədər gündə bir dəfə təkrarlanır. Hıçqırığı kəsmək üçün bir neçə damcı cirə yağını bir parça pambıq üzərinə damladıb, ağız açıq halda, buruna yaxın tutub nəfəs almaq lazımdır. Bu zaman yağın ətri hıçqırığa səbəb olan əzələ spazmalarını aradan qaldırır. Həzm sistemi problemlərinə və mədə kramplarına qarşı nəm və ilıq parçanın üzərinə bir neçə damcı cirə yağı damcıladılıb, göbəyin altına və ya üstünə qoyulur. Hamilə və uşaq əmizdirən analar, qaraciyər xəstəliyi olan şəxslər cirə yağından istifadə etməməlidirlər. 

Price:

Share